
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 6 dəfə artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 2 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib. Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 56 müqavilə bağlanıb, 45 icarə müqaviləsinin müddəti uzadılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 84,8 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.