Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilməli və qüvvədən düşmüş hesab edilməlidir? -

Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilməli və qüvvədən düşmüş hesab edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

01 Mart 2024

Sual: Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilməli və qüvvədən düşmüş hesab edilməlidir?

Cavab: Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov

Mənsurə Hümbətova