Torpaq sahəsində tikintinin həyata keçirilməsi qanunvericiliklə necə tənzimlənir? -

Torpaq sahəsində tikintinin həyata keçirilməsi qanunvericiliklə necə tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ

27 İyul 2024

Sual: Torpaq sahəsində tikintinin həyata keçirilməsi qanunvericiliklə necə tənzimlənir?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən: 

Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.

Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə