Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə salınıb

Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə salınıb

27 İyul 2024

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinq yarışının ilkin və final mərhələsi təxirə salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.