
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 57 % azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 6 yeni domen verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 32 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 51 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.