
Qərbi Azərbaycanda dağıdılan abidələrin NFT formatında rəqəmsallaşdırılması təklif olunur
Milli Məclisdə Qərbi Azərbaycanda dağıdılan abidələrin NFT formatında rəqəmsallaşdırılması təklif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təkliflə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova martın 10-da parlamentdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
Onun sözlərinə görə, araşdırma zamanı azad edilən ərazilərin adına olan bütün domenlərin ermənilər tərəfindən alındığı məlum olub:
“Məsələn, “kelbecer.com”, “lachin.org” kimi domenlər ermənilər tərəfindən alınıb. Bunu da Qarabağla həqiqətləri yaya bilməməyimiz üçün ediblər. Ona görə də ermənilərin NFT məsələsində də bizi qabaqlamasını istəməzdim”.
QHT sədri bildirib ki, Qərbi Azərbaycanla bağlı yaradılmış üç araşdırma mərkəzində effektiv tədqiqatlar aparılmır:
“Həmin mərkəzlərin QHT-lərlə işləməsi bu istiqamətdə səmərəliliyi artıra bilər”.