Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi baş verib -

Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi baş verib - FOTO

10 Mart 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 8 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Ordubad rayon Dəstə, Aza, Şərur rayon Kərimbəyli, Zeyvə, Sərxanlı kəndlərində quru otlaq, Babək rayon Zeynəddin, Sədərək rayon Sədərək kəndlərində ot bağlamalarında, Şahbuz rayon Badamlı kəndində isə yardımçı tikilidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.