
Qarabağda 3500-dən çox ev təsərrüfatında genişzonaqlı internet təmin edilib
Azad edilmiş ərazilərdə 3 500-dən çox ev təsərrüfatında genişzonaqlı internet təmin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə işlər davam etdirilir: “Hazırda magistral kabellərin çəkilişi işləri davam edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib. Artıq bu ərazilərdə 3 500-dən yuxarı ev təsərrüfatı genişzonaqlı internetdən istifadə edir".