Sabah Kəngərli rayonunun bir hissəsində işıq olmayacaq

Sabah Kəngərli rayonunun bir hissəsində işıq olmayacaq

10 Mart 2025

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərli rayonunun bir hissəsində martın 11-i saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr yaranacaq.