Azərbaycanda bir sıra xəbər saytları və informasiya resurslarına kütləvi haker hücumu edilib

Azərbaycanda bir sıra xəbər saytları və informasiya resurslarına kütləvi haker hücumu edilib

20 Fevral 2025

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu səbəbdən report.az, oxu.az, azpolitika.info və digər saytların fəaliyyətində problemlər yaranıb.

Hazırda həmin saytlara giriş məhdudlaşıb.
Bəzi saytların, o cümlədən "Report" və "Azpolitika"nın ana səhifəsinə "Hüseynçilər" Azərbaycan İslam Müqavimət Hərəkatının loqosu yerləşdirilib.

Qeyd olunur ki, saytlara haker hücumu İran tərəfindən dəstəklənən "Hüseynçilər" Azərbaycan İslam Müqavimət Hərəkatı tərəfindən həyata keçirilib.

Məsələ ilə bağlı bildirilib ki, hazırda texniki heyət haker hücumunun fəsadlarını aradan qaldırmaqla məşğuldur:

"Qısa müddətdə saytın fəaliyyəti bərpa olunacaq. Haker hücumu ilə bağlı ətraflı məlumat paylaşılacaq".