Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib -

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - FOTO

12 Noyabr 2024

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiyada səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Məlumata görə, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.