Elnur Soltanov: İqlim hədəfləri hələ də əlçatmazdır
Paris Sazişinin qəbulundan sonra dünya artıq Asiyada enerji məsələlərinin transformasiyasından tutmuş Karib regionuna və Afrikada bərpa olunan enerji mənbələrinə qədər kifayət qədər ciddi məsafə qət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu "İqlimə davamlı gələcəyin qurulması üçün fəaliyyətlərin sürətləndirilməsinə dair Vahid Rəhbərlik" adlı yüksək səviyyəli iqlim tədbirləri üzrə tədbirdə COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib.
"Bu, kağız üzərində qalmayan qəbul edilmiş qərarların birbaşa nəticəsidir. Amma, gəlin, səmimi olaq, iqlim dəyişir", - deyə E.Soltanov qeyd edib.