Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu müzakirə olunub -

Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu müzakirə olunub - FOTO

14 Noyabr 2024

10-17 Noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu” mövzusunda müzakirə aparılıb. Tədbirdə ali və orta ixtisas təhsili müəssisələri tələbələri, nazirliyin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətidən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, XIX əsrdən başlayaraq xüsusən Qərbi Azərbaycan ərazilərində erməni köçü, müsəlman əhaliyə qarşı törədilmiş cinayətlər və kütləvi deportasiyalarla bağlı müfəssəl məlumatları diqqətə çatdıran Zamin Əliyev, ölkəmizin hərbi və siyasi meydanda qazandığı Zəfərlərin yaratdığı reallıqlardan və həmvətənlərimizin öz yurdlarına qayıdış strategiyasından bəhs edib. Qonaq Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası”nın əsas prinsipləri və önəmi barədə də fikirlərini bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbir diskussiya formatında davam edib, gənclərin qayıdış prosesindəki rolu müzakirə olunub.