Beynəlxalq Tələbə Gənclər Həftəsinə start verildi - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planının icrasına başlayıb. İlk tədbir “Vətəni tanı!” İntellektual Oyunu olub. Yarışma muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin əcnəbi tələbəli arasıbda keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oyunun qaydalarına əsasən iştirakçılar pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirməli olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Enes Çağatay Topal birinci olub. Pork Hyunsook və Şeyma Adam yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. Hər üç tələbə Naxçıvan Dövlət Universitetində təhsil alır.
Əlavə edək ki, Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı keçirilən yarışmalarda fərqlənən gənclər noyabrın 16-sı yekun tədbirdə mükafatlandırılacaqlar.