Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirə qatılacaqlar

26 İyul 2024

Azərbaycan karateçiləri sabah Rusiyanın Soçi şəhərində keçiriləcək "Russia Open" beynəlxalq turnirində iştirak edəcəklər.

Deflimpiya Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar.

İdmançıları yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq.

Qeyd edək ki, sözügedən turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.