
Hər hansı bir şəxsə şillə vurmağa görə hüquqi məsuliyyət yaranırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hər hansı bir şəxsə şillə vurmağa görə hüquqi məsuliyyət yaranırmı?
Cavab: Bəli, yaranır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
Beləliklə, şillə vurmağın hüquqi qiymətləndirilməsi konkret hadisənin motivi, nəticəsi ( məsələn, əgər şillə vurmaq ehtiyyatsızlıqdan şəxsin sağlamlığına ağır zərər vurma ilə nəticələnərsə CM-nin 131-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaranır) və törədildiyi şəraitə əsasən dəyişə bilər.
Sualı cavablandırdı: Ordubad rayon Prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev