
Ətraf mühitin hüquqi mühafizəsi mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri institutun prorektoru Xəyal Camalov açaraq, mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov ətraf mühitin mühafizəsinə dair hüquqi mexanizmlər barədə geniş məlumat veriblər.
Sonda “Azərbaycanın ekoloji siyasəti” adlı videoçarx nümayiş olunub. Tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.