Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

24 Aprel 2025

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.

"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib.