İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib -

İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib - YENİLƏNƏCƏK

28 Aprel 2025

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.