МN hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib

МN hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib

28 Aprel 2025

Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən,Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.