Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər

Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər

24 Aprel 2025

Bu gündən dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfərləri başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qonaqları daşıyan təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Səfərin təşkilatçıları hava limanı barəsində qonaqlara geniş məlumat veriblər. Bildirilib ki, Füzuli işğaldan azad edildikdən sonra bu ərazi qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənib, beynəlxalq standartlara cavab verən liman inşa olunub.

Bu, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. Budəfəki səfər zamanı 30 ölkədən olan səyyahlar Şuşa, Xankəndi və Ağdama səfər edəcəklər.