Bu ilin ilk üç ayında 30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Bu ilin ilk üç ayında 30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

24 Aprel 2025

Bu ilin birinci rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bundan başqa, yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.