Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin anlayışı nədir? -

Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin anlayışı nədir? - HÜQUQ MƏSLƏHƏTİ

17 Aprel 2025

Sual: Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin anlayışı nədir?

Cavab: Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov