Zəruri müdafiə nədir? - Hüquq məsləhəti
Cavab-Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən: «Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır».
Zəruri müdafiədə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsdin qarşısı alınır. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə qeyri-hüquqi sayılmadığına görə belə hərəkətlərdə cinayət tərkibi olmur.
Cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Orucəliyev Fərid