Qanunsuz küçə ticarəti ilə məşğul olmanın cəriməsi nə qədərdir ? -

Qanunsuz küçə ticarəti ilə məşğul olmanın cəriməsi nə qədərdir ? - HÜQUQ MƏSLƏHƏTİ

28 Dekabr 2024

Sual: Qanunsuz küçə ticarəti ilə məşğul olmanın cəriməsi nə qədərdir?

Cavab: İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -
səksən manat məbləğində cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov