Naxçıvanda yanvarın 10-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Həmin gün qərb küləyinin sürətinin saniyədə 3-8 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturunun gecə -4+1° (bəzi yerlərdə 8°-dək şaxta), gündüz isə 3+8° isti arasında dəyişəcəyi gözlənilir.