İlham Əliyev: Bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının vahid bir məkana çevrilməsi ilə bağlı yerli telekanallara müsahibəsində strateji planlardan danışıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Prezident vurğulayıb ki, tarixi bağlılıqları nəzərə alınaraq bu bölgələr iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik baxımından vahid konsepsiya əsasında inkişaf edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bütün yaşayış məntəqələri vahid Baş plana uyğun olaraq qurulur. Bu model digər bölgələr üçün də nümunə olacaq.
Dövlət başçısı qeyd edib ki, bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına başlanılıb. Gələcəkdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də Baş planları tərtib ediləcək.
Prezident İlham Əliyev bildirib ki, idarəetmə, infrastruktur və yaşıl enerji layihələri təkcə bu üç regionu deyil, bütövlükdə Azərbaycanı əhatə edəcək.