“Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları''  mövzusunda tədbir keçirilib -

“Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib - FOTO

09 Yanvar 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Gənclər və İdman Nazirliyində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Samir Oruclu giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb. 

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Əli Qasımlı və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Əsgərli mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.