Naxçıvanda təhsil müəssisələrində vakant yerlərin müsabiqə vaxtı açıqlandı
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçiriləcək.
️"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test imtahanında 3-20 dekabr 2024-cü il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizədin iştirakı nəzərdə tutulur.
️️Qeyd edək ki, Naxçıvan şəhər Uşaq- Gənclər Şahmat Məktəbində saat 10:00-da keçiriləcək müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.
Namizədlər imtahan qrafiki ilə https://shorturl.at/hckN4 linkindən tanış ola bilərlər.