Sığortasız avtomobil idarə etmək  hansı məsuliyyətə səbəb ola bilər?

Sığortasız avtomobil idarə etmək hansı məsuliyyətə səbəb ola bilər? - Hüquq məsləhəti

07 Mart 2025

Sual: Sığortasız avtomobil idarə etmək hansı məsuliyyətə səbəb ola bilər?

Cavab: Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı tələblər "İcbari Sığortalar Haqqında" qanunda müəyyən olunmuşdur. Belə ki, icbari avtomobil sığortası olmadan avtomobili idarə etmək qanunla qadağandır. Yol polisi (DYP) yoxlama zamanı sığorta olmadığını aşkarlasa, sürücüyə cərimə tətbiq edilir. Sığortasız avtomobil sürənlər şəxslərə İnzibati Xətalar Məcəlləsinə əsasən 50 manat cərimə tətbiq edilir.Əgər sürücü cəriməni ödəmədən və sığorta etmədən yoluna davam edərsə, əlavə sanksiyalar tətbiq edilə bilər.

Sualı cavablandırdı: Babək rayon prokurorunun kğməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev