
Uşaq nikahı olmayan anadan olduqda atalıq necə müəyyən olunur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Uşaq nikahı olmayan anadan olduqda atalıq necə müəyyən olunur?
Cavab: Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli