Səadət Bəktaşi vətəndaşları qəbul edəcək

Səadət Bəktaşi vətəndaşları qəbul edəcək

05 Mart 2025

“Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi martın 12-də saat 10:00-13:00-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 19, telefon: (036) 544-61-77, elektron poçt ünvanı: office@nsupremecourt.gov.az) vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar telefon və elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.