Fərid Bağırzadə Babək rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə martın 13-də Babək rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar 7-12 mart tarixlərində nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.