Şahin Mustafayev İranın neft naziri ilə birgə işçi qrupunun yaradılmasını müzakirə edib

Şahin Mustafayev İranın neft naziri ilə birgə işçi qrupunun yaradılmasını müzakirə edib

16 Oktyabr 2024

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın neft naziri Möhsün Paknejat Tehranda keçirdikləri görüşdə energetika sahəsi başda olmaqla ikitərəfli əməkdaşlığın sürətlənməsi məqsədilə birgə işçi qrupun formalaşmasına dair fikir mübadiləsi aparıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Məlumata görə, Paknejat deyib ki, neft və enerji sektoru iqtisadi əlaqələrin inkişafı üçün oxlardan biridir. O bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı istənilən təşəbbüsləri alqışladıqlarını söyləyib. Nazirin sözlərinə görə, bu cür əməkdaşlıq lazımi infrastruktur tələb edir.

Şahin Mustafayev vurğulayıb ki, İrana səfərinin məqsədi iki ölkə arasında münasibətləri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaqdır.

Xatırladaq ki, Ş.Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər rəsmilərlə görüşüb.