Naxçıvanda şəhid övladlarına məktəbli ləvazimatları paylanılıb -

Naxçıvanda şəhid övladlarına məktəbli ləvazimatları paylanılıb - FOTO

16 Sentyabr 2024

“PAŞA Holding” və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, oroqram çərçivəsində həmin övladlara yeni dərs ilinin başlaması münasibətilə məktəbli ləvazimatları təqdim olunub. Təqdimetmə prosesi “Naxçıvanpoçt”un əməkdaşlarının dəstəyi ilə həyata keçirilib.

Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı Naxçıvan Muxtar Respublikası üzrə şəhid olan şəxslərin 33 məktəbli övladı dərs ləvazimatları ilə təmin edilib.

Vurğulayaq ki, sosial dəstək proqramı “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsinin “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində həyata keçirilir.