Naxçıvanda rabitə və internet xidmətlərində qısa fasilələr yaranacaq

Naxçıvanda rabitə və internet xidmətlərində qısa fasilələr yaranacaq

13 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 13 sentyabr saat 23:30 tarixindən 14 sentyabr saat 05:30 tarixinədək təxirəsalınmaz profilaktik təmir bərpa işləri həyata keçirəcək.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.