Bələdiyyə seçkiləri üçün 68 min 869 müşahidəçi akkreditasiyadan keçib

Bələdiyyə seçkiləri üçün 68 min 869 müşahidəçi akkreditasiyadan keçib

14 Yanvar 2025

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.