Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

15 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il oktyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.862 ədəd olub. Yanvar-sentyabr ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 294,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,1 milyon manat və ya 2 dəfə çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-sentyabr aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 1 milyon manatdan çox olub.