Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə kəskin artırılıb

Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə kəskin artırılıb

16 Oktyabr 2024

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur), xərclərinin isə 41 milyard 367,6 milyon manat (+4,1 %) olacağı gözlənilir.

Büdcə parametrlərində artım Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12 milyard 781 milyon manatdan 14 milyard 481 milyon manata çatdırılması hesabına olacaq.

Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə % azdır.