Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

16 Oktyabr 2024

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 137,5 milyon manat olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.