Kommersiya və (və ya) vergi sirri dedikdə nə başa düşülür? -

Kommersiya və (və ya) vergi sirri dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

14 Mart 2025

Sual: Kommersiya və (və ya) vergi sirri dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-cu maddəyə əsasən:

Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar.

Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında;

3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında və s.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas -Yaqub Salamzadə