Pis keyfiyyətli məhsul istehsal etmə və satmağa görə hansı növ cəza müəyyən edilmişdir ?  -

Pis keyfiyyətli məhsul istehsal etmə və satmağa görə hansı növ cəza müəyyən edilmişdir ? - HÜQUQ MƏSLƏHƏTİ

12 Mart 2025

Sual: İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmağa görə hansı növ cəza müəyyən edilmişdir?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmağa görə müəyyən şəxs və ya şəxslər, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov