
Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
2025-ci ilin yanvar-fevral aylarında ölkədə 19072,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır.
ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olmuşdur.