Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

12 Mart 2025

Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 20 min 175 təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5 min 944 təşkil edib.