İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb -

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

06 Mart 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-da başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola saldılar.