Bərdə rayonununda 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb -

Bərdə rayonununda 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

07 Mart 2025

Azərbaycan Prezidenti İlham Əliyev Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.  

Sənədə əsasən, vəsait  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.