Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürünü bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə H.Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"COP29 iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinin daha geniş Qafqaz regionuna təsiri ilə bağlı faydalı hesabata görə UNEP-ə minnətdarıq", - o qeyd edib.
Həmçinin bildirilib ki, anomal istilər və təbii fəlakətlər intensivləşsə də, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ də imkan var.