Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb

07 Noyabr 2024

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

Gündəlikdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və bir sıra qanunlarda dəyişiklik edilməsi, həmçinin birinci oxunuşda Miqrasiya Məcəlləsinə və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilməsi məsələləri yer alıb.