Səfir Yerusəlim Patriarxı ilə səfirlik və dini qurum arasında əməkdaşlığı müzakirə edib

Səfir Yerusəlim Patriarxı ilə səfirlik və dini qurum arasında əməkdaşlığı müzakirə edib

07 Noyabr 2024

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilosla diplomatik nümayəndəliklə patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Təl-Əvivdəki səfirliyin mətbuat xidməti bildirib.

“Bu gün səfir Muxtar Məmmədov və Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilos görüş keçiriblər. Onlar Azərbaycanda bütün dini icmaların qarşılıqlı hörmət və harmonik birgəyaşayışını, həmçinin səfirlik və patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.