Zəfər Günü ilə bağlı intellekt yarışı keçirilib -

Zəfər Günü ilə bağlı intellekt yarışı keçirilib - FOTO

07 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları arasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Vətəni tanı!” intellektual oyunu keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Tibb Kollecində reallaşan yarışmada oyunun qaydalarına əsasən iştirakçılar pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirməli olub.

Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Hərbi Kollecin kursantı Adəm Ələkbərli birinci olub. Hərbi Liseydən Məhəmməd Fərmanovla, Vüqar Hüseynov yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.